Şəhid Bağır Ələkbərovun əziz xatirəsi 5-ci ildönümündə ehtiramla anılıb

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən, igid oğullar dünən də olub, bu gün də var, sabah da olacaq. Adlarını tarixə qızıl hərflərlə yazdıran Vətən oğullarından biri də gizir Ələkbərov Bağır Əsəd oğludur. Bu gün Vətən müharibəsi şəhidi, Ələkbərov Bağır Əsəd oğlunun şəhadətə ucalmasının 5-ci ildönümüdür. Anım günü münasibətilə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları şəhidimizin məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, gizir Bağır Ələkbərov döyüş zamanı göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.