
Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş, 2022-ci ilin avqust ayında keçirilən “Qisas” əməliyyatı zamanı düşmənin basdırdığı minaya düşərək şəhidlik zirvəsinə ucalan leytenant Babək Əliyevin doğum günü münasibətilə anım mərasimi keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri iştirak ediblər.