
Vətən müharibəsi şəhidi Məmmədov Sahib Yaşar oğlunun anası Çiçək Məmmədova 60 illik yubileyi münasibətilə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova və icra hakimiyyətinin əməkdaşları tərəfindən yaşadığı evdə ziyarət olunub. Ziyarət zamanı Çiçək Məmmədova yubileyi münasibətilə təbrik edilib, ona möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulanıb. Səmimi söhbət zamanı şəhid ailələrinə dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılmasının, onların qayğı və ehtiyaclarının öyrənilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Çiçək Məmmədova göstərilən diqqətə və ehtirama görə minnətdarlığını bildirib.