Şəhid Amin Gülməmmədovun doğum günü məzarı başında yad olunub

Qəhrəmanlıq salnamələri ilə zəngin olan 44 günlük Vətən müharibəsində 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Cəsur döyüşçü", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunan şəhid baş Leytenant Gülməmmədov Amin Mais oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Şəhidimizin doğum günü münasibətilə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov,icra hakimiyyətinin əməkdaşları, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər