Culfa Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin Culfa rayon sektorunun əməkdaşları, rayonumuzun Ləkətağ kəndindən olan şəhid Əliyev Babək Əsgər oğlunun ailəsini ziyarət edib, sosial problemləri ilə maraqlanıblar. Sonra şəhidimizin məzarı ziyarət olunub.
Şəhidimizin ailəsi onlara dövlət tərəfindən göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını və məmnunluqlarını ifadə ediblər.