
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22-dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı il "Şəhərsalma və Memarlıq ili" elan edilməsi ilə əlaqədar, Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gülüstan kəndində “Yaşayış mühiti və həyat keyfiyyəti” mövzusunda tədbir təşkil olunub. Tədbirdə, kənddə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Çıxış edənlər şəhərsalma, ekoloji tarazlığın qorunması, təmiz ətraf mühitin formalaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər