
Dizə kəndində baştutan tədbirin əsas məqsədi yaşayış mühitinin yaxşılaşdırılması, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması olub. Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq-tikinti məsələləri sektorunun əməkdaşı Seyidov Mirqasım mövzunun aktuallığı və əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.