
Yaz mövsümünün gəlişi ilə əlaqədar ətraf mühitin qorunması və abadlaşdırması məqsədilə, Culfa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda iməcilik təşkil olunub. Aksiyada rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
İməcilik zamanı Culfa-Ordubad magistral yolunun kənarlarında təmizlik və abadlıq işləri aparılıb. Belə ki, qurumuş ağaclar kəsilərək ərazidən götürülüb, yaşıllıq sahələri alaq otlarından təmizlənib, zərərvericələrə qarşı ağaclar əhənglə ağardılıb. Həmçinin yaşıllıqların suvarılması da təmin olunub.