“Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili”ilə bağlı yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində Mərkəzi Parkda və şəhərin giriş hissəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, icra hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə təşkilat rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Mərkəzi Parka dekorativ güllər, yaşıllıq zolağna isə 350 ədəd müxtəlif növ meyvə ağacları əkilib, suvarma işləri həyata keçirilib.