
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayonun ekoloji mühitinin qorunması və ətraf mühitə həssas münasibətin təşviqi məqsədilə Yaycı gölünün ətraf ərazisində təmizlik aksiyası təşkil olunub. Keçirilən tədbir çərçivəsində göl ətrafında məişət tullantıları toplanaraq ərazidən uzaqlaşdırılıb, sahildə ümumi abadlıq və səliqə-sahman işləri aparılıb. Aksiya zamanı ərazinin sanitar vəziyyətinin yaxşılaşdırılması prioritet kimi müəyyən edilib.