“Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə “Daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşması və ətraf mühitin qorunması” mövzusunda tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşması və ətraf mühitin qorunmasında cəmiyyətin rolunu xüsusi vurğulayıblar.