1959-cu ildə Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Ardanış kəndində anadan olan Ağayeva Siriyə Babamir qızı bu gün Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ziyarət olunub. Söhbət zamanı Siriyə xanım bildirdi ki, 22 yaşı olarkən, 1971-ci ildə Ardanış kəndindən Culfa şəhərinə gəlin köçüb və o vaxtdan da burada yaşayır. Ata-baba yurduna duyduğu özləmi dilə gətirən Siriyə xanım doğulduğu kəndə getməyin həsrəti ilə yaşadığnı bildirdi. Qeyd etdi ki, öz doğma yurdundan uzaq düşmək, hələ-hələ erməni kimi xain bir millətin orada yaşadığını bilmək insanı daima narahat edir, hər an qəhər hissi ilə yaşayırsan. 4 övlad, 11 nəvə, 4 nəticə sahibi olan Siriyə xanım inamla bildirdi ki, vaxt gələcək bütün Qərbi Azərbaycanlılar öz elinə, yurduna geri dönəcəklər. Çünki İlham Əliyev kimi savadlı, uzaqgörən, iradəli, sözünün ağası bir liderimiz var.
Bəli Siriyə xanım, biz də əminik ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız öz tarixi yurdlarına geri dönəcəklər. O gün uzaqda deyil!