Ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış məşqi keçirilib

Culfa rayonun 2025-ci il mülki müdafiə tədbirlər planına uyğun olaraq Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa rayonunun ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış məşqi keçirilib.

Məşqin keçirilməsində əsas məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılmasından və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılmasından, idarəetmə üzrə bilik və bacarıqların təkmilləşdirilməsindən, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasından ibarətdir.

Məşqə Culfa Rayon İcra Hakimiyyətinin mülki müdafiə qərargahı, rayon ərazisində fəaliyyət göstərən müvafiq idarə və təşkilatların - Polis şöbəsinin, Yanğından mühafizə hissəsinin, Mərkəzi xəstəxananın, İctimai səhiyyə xidmətinin, Rabitə idarəsinin, Aqrar İnkişaf Mərkəzinin, Elektrik şəbəkəsinin, Qaz istismar idarəsinin, Su melorasiya sistemlərinin istismarı şöbəsinin, Yol təmir istismar MMC-nin, Kommunal müəssisələr kombinatının və Avtovağzalın ümumilikdə 250 nəfər hərbiləşdirilməmiş mülki müdafiə qüvvəsi və 54 ədəd texnikası cəlb olunmuşdur.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə dəstələrin toplanma məntəqəsinə yürüşü, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb.

Sonda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Culfa Rayon İcra Hakimiyyətinə məşqin yüksək səviyyədə təşkilinə görə Fəxri Fərman, həmçinin Culfa Rayon İcra Hakimiyyəti tərəfindən isə məşqdə fəal iştiraklarına görə idarə və təşkilatlara Təşəkkürnamə təqdim olunmuşdur.