Martın 15-də Bakı Dövlət Universiteti və Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbində IX-XI sinif şagirdləri arasında keçirilən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub. Yekun nəticəyə görə Culfa rayon Saltaq kənd tam orta məktəbinin şagirdi Şükür Nağıyev 3-cü yerin qalibi olub. Olimpiadanın final mərhələsinin qalibləri bu il Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaqlar.