
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov rayonun qəhrəman qaziləri Fərəcli Nəriman Zakir oğlu və Tağıyev Tural Məmmədrza oğlunun ailələrinə baş çəkiblər. Ziyarət zamanı qazilərimizin səhhəti, ailələrinin sosial durumu və gündəlik ehtiyacları ilə maraqlanılıb, onların qayğıları dinlənilib. Sara xanım bildirib ki, müharibə iştirakçılarının və şəhid ailələrinin problemlərinin həlli, onların rifah halının yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Qazi ailələri onlara göstərilən diqqətə görə dərin minnətdarlıqlarını ifadə edərək, dövlətin qayğısının onları həm mənəvi, həm də sosial baxımdan dəstəklədiyini bildiriblər. Belə görüşlər rayon rəhbərliyi ilə vətəndaşlar arasında birbaşa əlaqənin güclənməsinə və sosial dayanıqlığın artırılmasına xidmət edir.