Rayonumuzda növbəti şənbə iməciliyi keçirilib

Culfa rayonunda yaşıllıq sahələrinin qorunması məqsədilə növbəti aksiya təşkil olunub. Culfa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, ağac və kolların suvarılması təmin edilib.