
8 noyabr 2026-cı il tarixində axşam saatlarından başlayaraq Culfa rayonunun kəndlərinə mövsümün ilk qarı yağıb. Ağ örpəyə bürünən kəndlərdə qışın ilk mənzərələri yaranıb. Dağlar, yamaclar, ağaclar və ətraf ərazilər qar örtüyü ilə örtülərək füsunkar görüntü yaradıb. İlk qar kəndlərə xüsusi gözəllik və qış ovqatı bəxş edib.