
Culfa rayonunun ictimai həyatında uzunillik səmərəli xidmətlər göstərmiş ziyalı Allahverdiyev Qurban Həsən oğlunun 80 illik yubileyi münasibətilə evində ziyarət olunub.
Allahverdiyev Qurban Həsən oğlu 28 oktyabr 1946-cı ildə Culfa şəhərində anadan olub. O, uzunmüddətli əmək fəaliyyəti dövründə Culfa rayonunun müxtəlif dövlət, idarə və təşkilatlarında rəhbər və məsul vəzifələrdə çalışaraq rayonun inkişafına əhəmiyyətli töhfələr vermişdir. Xüsusilə, 13 il Culfa Rayon Kommunal Müəssisələri Kombinatının direktoru vəzifəsini uğurla icra edərək rayonun kommunal-məişət infrastrukturunun təkmilləşdirilməsi və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində səmərəli fəaliyyət göstərmişdir. Təşkilatçılıq qabiliyyəti və işinə göstərdiyi yüksək məsuliyyətlə seçilən Qurban Allahverdiyev göstərdiyi yüksək idarəçilik fəaliyyəti və fədakar əməyi bu gün də hörmətlə xatırlanır. Yubilyarı 80 illik şərəfli ildönümü münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı arzulayırıq.