
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə şəhid Əliyev Babəkin atası, Vətən müharibəsi iştirakçısı, kənddə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, müəllimlər və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, hərbçilərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıq və şücaətdən bəhs ediblər. Sonda məktəblilər Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilib.