
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Əbrəqunus kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində "Qohum və erkən nikahların yaratdığı fəsadlarla bağlı maarifləndirmə işinin aparılması" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, qohum evliliyi və erkən nikahlar sağlam cəmiyyətin formalaşmasına maneə törədən ciddi sosial problemlərdən biridir. Bu cür nikahlar cəmiyyətin sağlam şəkildə inkişaf etməsinə mənfi təsir göstərir və maneə olur.
Sonda iştirakçılara mövzu ilə bağlı bukletlər paylanılıb.