Qızlar arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib

14 sentyabr 2026-cı il tarixdə  "21 Sentyabr – Beynəlxalq Sülh Günü" münasibətilə Culfa şəhər 3 nömrəli tam orta məktəbində qızlar arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Yarış Culfa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Sonda iştirakçılar diplomla təltif ediliblər.