Qarabağ atlarından möhtəşəm şou

Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstann Prezidenti Sadır Japarov, Şimali Kipr Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər.