Qəza qurbanlarının xatirəsi ehtiramla anılıb.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən rayonumuzda da dövlət bayraqları endirilib, saat 12:00-da bir dəqiqəlik sükut olub.