Qərbi Azərbaycanlı soydaşımız ziyarət olunub

Qərbi Azərbaydandan olan, rayonunun Gülüstan kəndində yaşayan Zeynalov İsmayıl Məhərrəm oğlu Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yaşadığı mənzildə ziyarət olunub. Görüş zamanı İsmayıl müəllim bildirdi ki, 1946-cı il noyabr ayının 2-də Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində anadan olub. 1950-ci ildə Sisyan rayonundan bu gün yaşadığı Gülüstan kəndinə köçüb. İsmayıl müəllim qeyd etdi ki, anası Sisyan rayonunda yaşadığından 1958-ci ildə onun yanına qayıdır. 1962-ci ildə isə Şirvan şəhərinə köçür və orta təhsilini də burada başa vurur. İsmayıl müəllim 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra yenidən Culfa rayonunun Gülüstan kəndinə qayıdır və burada pedaqoji fəaliyyətlə məşğul olur. 

5 övlad, 10 nəvə sahibi olan İsmayıl müəllim doğulub boya-başa çatdığı ata-baba yurdundan, Urud kəndindən böyük sevgi və həsrətlə söhbət açaraq, uşaqlıq illərinə qayıtmaq arzusu ilə yaşadığını bildirdi.