Culfa rayonunun Boyəhməd kəndində yaşayan, Qərbi Azərbaydandan olan Novruzova Səbinə Yaranmış qızı Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova və icra hakimiyyətinin əməkdaşları tərəfindən yaşadığı mənzildə ziyarət edilib.
Səbinə xanım 1977-ci il iyunun 17-də Qərbi Azərbaycanın Qara kilsə (Sisyan) rayonunun Nurxuz kəndində anadan olub. 1988-ci ildə 10 yaşlı Səbinənin ailəsi Ermənistan dövlətinin məqsədyönlü deportasiya siyasəti ucubatından doğma kəndlərindən qovularaq Babək rayonunun Hacıvar kəndində yaşamağa məcbur olurlar. Səbinə 2001-ci ildən Culfa rayonunun Boyəhməd kəndinə gəlin köçüb. 3 övlad sahibi olan Səbinə xanım söhbət zamanı hələ də doğulub boya-başa çatdığı ata-baba yurduna qayıtmağın həsrətilə yaşadığını bildirdi. Qeyd etdi ki, bu həsrətin tez bir zamanda bitəcəyinə inanıram.