Payız fəslinin gəlişi ilə əlaqədar Culfa rayonunda növbəti iməcilik aksiyası keçirilib

Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər və kəndlərimizdə, yaşıllıqların və ekoloji tarazlığın qorunması məqsədilə ilə genişmiqyaslı iməcilikər təşkil olunub. Rayonda fəaliyyət göstərən idarə və müəssisə əməkdaşlarının iştirak etdiyi aksiyada mövcud yaşıllıqlar suvarılıb, qurumuş ağacların yerinə yeniləri əkilib, ərazidə abadlıq işləri həyata keçirilib.