Növbəti səyyar vətəndaş qəbulunun ünvanı Camaldın kəndi olub

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova  tərəfindən Camaldın kəndində növbəti səyyar qəbul keçirilib. Qəbulda icra hakimiyyətinin məsul əməkdaşları, Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin məsul şəxsi, kənd icra nümayəndəsi və bələdiyyə sədrinin müavini iştirak ediblər. Qəbul zamanı kənd sakinləri əsasən içməli və suvarma suyu ilə bağlı problemlərinin olduğunu bildiriblər. Vətəndaşları narahat edən məsələlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. 

Sakinlər müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.