Növbəti səyyar vətəndaş qəbulunun ünvanı Bənəniyar kəndi olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması,  vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tapşırıq və tövsiyələrinə uyğun olaraq Culfa Rayon İcra Hakimiyyəti başçının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova  növbəti səyyar qəbulunu Bənəniyar kəndində keçirib. Qəbul zamanı kənd sakinlərinin  müraciətləri  nəzərə alınaraq  aid qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, bəzi məsələlər isə aydınlaşdırılması üçün nəzarətə götürülmüşdür. Kənd sakinləri  müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradıldığı üçün razılıqlarını ifadə edərək, göstərilən  qayğıya görə ölkə rəhbəri  İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.