
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə avqustun 19-da Yaycı kəndində sakinlərlə görüşüb, həmçinin səyyar vətəndaş qəbulu keçirib. Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Sara Hüseynova, icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər. Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən problemlər müzakirə olunub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı Naim Cahidzadə tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.