Növbəti səyyar qəbul Şurud kəndində keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tapşırıq və tövsiyələrinə uyğun olaraq  Culfa Rayon İcra Hakimiyyəti başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova  növbəti səyyar qəbulunu Şurud kəndində keçirmişdir. Qəbulda icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilat  rəhbərləri, kənd icra nümayəndəsi iştirak etmişdir. Görüş zamanı kəndin sosial və infrastruktur ehtiyacları ilə bağlı fikir mübadiləsi aparılıb, bəzi problemlərin həlli yolları müzakirə olunub. Sakinlərin səsləndirdiyi məsələlər dinlənilib, bəzi məsələlərlə bağlı qanunvericiliyə uyğun şəkildə izah verilib, bəzi müraciətlər araşdırılması  üçün qeydiyyata götürülüb.

Kənd sakinləri müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradıldığı üçün razılıqlarını ifadə edərək, göstərilən qayğıya görə ölkə rəhbəri  İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.