
Qəbul zamanı vətəndaşların əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, reabilitasiya və qurumun fəaliyyət istiqamətlərinə dair digər məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 17-22 aprel tarixlərində Agentliyə rəsmi şəkildə (dtsera_nmr@sosial.gov.az elektron ünvanı vasitəsilə) və ya Dövlət Sosila Müdafiə Fondunun Culfa rayon vətəndaşların qəbulu şöbəsinə müraciət edərək, qeydiyyata yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.