Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şahin Mirzəyev Culfa rayon sakinlərini qəbul edəcək

30 sentyabr 2025-ci il tarixində saat 10:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Culfa rayon sakinlərinin qəbulu aparılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı 29 sentyabr 2025-ci il tarixində saat 10:00-dan ehtibarən Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək. Qəbulda və qeydiyyatda iştirak edəcək vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.