Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid övladları ilə görüşüb

Səalhiyyətli nümayəndə Fuad Nəcəfli bildirib ki, şəhidlərin əmanətlərini göz bəbəyi kimi qorumaq xalqımızın mənəvi borcudur. Dövlətimiz bundan sonra da şəhid ailələrinə diqqət və qayğısını əsirgəməyəcək. Şəhid övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edən Fuad Nəcəfli uşaqlara yaxşı təhsil almağı, atalarının öz qanları ilə əmanət qoyub getdikləri doğma Vətənin gələcəyi naminə layiqli vətəndaş kimi böyüməyi tövsiyə edib. Görüş zamanı şəhid övladları Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Səlahiyyətli nümayəndə uşaqların suallarını cavablandırıb, onlara hədiyyələr təqdim edib, hər biri ilə xatirə fotosu çəkdirib.