“Nə? Harada? Nə Zaman?” intellektual yarış keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Culfa Rayon Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Nə? Harada? Nə Zaman?” intellektual yarış keçirilib. Öncə Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Fərzəliyeva çıxış edərək iştirakçılara tədbirin mahiyyətindən bəhs edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası çoxəsrlik ənənələrimizə söykənərək milli dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir və regionun təhlükəsizliyinə, inkişafına öz töhfəsini verir. İki turdan ibarət təşkil olunan yarışda I yerə “Camaldın”,  II yerə “Saltaq”, III yerə “Əbrəqunus” komandaları layiq görülüblər. Qalib komandaların üzvlərinə diplom və medallar təqdim olunub.