
Culfa rayonunun Şurud kəndində sakinlərin elektron dövlət xidmətləri barədə məlumatlılığının artırılması məqsədilə “myGov” tətbiqinin istifadəsi ilə bağlı maarifləndirmə işi aparılıb. Sakinlərə “myGov”un gündəlik həyatda yaratdığı imkanlar, elektron xidmətlərdən istifadə qaydaları və müvafiq məlumatlara rəqəmsal formada əlçatanlıq barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, “myGov” tətbiqi dövlət xidmətlərindən daha rahat və operativ yararlanmağa imkan yaradır. Tətbiqin istifadəsi ilə bağlı vətəndaşları maraqlandıran suallar ətraflı cavablandırılıb.