
Culfa rayonunun Yaycı kəndində sakinlərlə görüş keçirilərək "myGov" tətbiqinin istifadəsi və elektron xidmətlərdən yararlanma imkanları barədə maarifləndirici söhbətlər aparılıb. Görüş zamanı sakinlərə tətbiqin gündəlik işlərdə yaratdığı rahatlıqlar izah olunub, istifadəsi ilə bağlı ətraflı məlumat verilib.