Milax kəndində fermerlərə "Aqrar Subsidiya Şurası" nın təyin etdiyi yeni əmsallarının tədbiqi və müasir suvarma sisteminin əhəmiyyəti barədə tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı və İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ordubad Ərazi Bölməsinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin, Akademik Zərifə Əliyeva adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun və "Naxçıvan Aqroservis" ASC-nin iştirakı ilə "Azərbaycan Aqrar Subsidiya Şurası" nın təyin etdiyi yeni əmsalların tətbiqi, yaz əkinlərinin EKTİS-də bəyan olunması və torpaq analizlərinin aparılması", "Kənd təsərrüfatı texnika və texnoloji avadanlıqlarının lizinqə verilməsi", "Erkən yazda əkin sahələrində aparılacaq aqrotexniki qulluq", "Vətəndaş mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması" və "Kənd təsərrüfatında aqrar sığorta mexanizminin tətbiqi" mövzularında maarifləndirici tədbir keçirilib.