
Tədbirdə kənddə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də məktəblilər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalqımızın birliyindən və tarixi Zəfərin əhəmiyyətindən bəhs olunub. Sonda məktəblilər tərəfindən Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilib