İlk öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 20 Yanvar faciəsinin baş verməsindən 35 il keçməsinə baxmayaraq, dəhşətli gecənin ağrı-acıları bu gün də xalqımızın qəlbində, yaddaşında yaşayır. Bildirilib ki, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə SSRi güc strukturlarına məxsus silahlı birləşmələr Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, ağır texnikadan və müxtəlif tipli silahlardan istifadə edilərək kütləvi qırğınlar törədiblər.
Sonda məktəb şagirdləri 20 Yanvar faciəsi ilə bağlı şerlər səsləndiriblər.