Culfa şəhər 3№-li tam orta məktəbində Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Prokurorluğu, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "18 İyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü" ilə əlaqədar "İnsan Hüquqları Aylığı" mövzusunda məktəblilər arasında profilaktik söhbət aparılıb.