
15 Sentyabr – Bilik Günü münasibətilə məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Yarış Culfa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının, Culfa Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib. Maraqlı mübarizə şəraitində keçən yarışın sonunda fərqlənən məktəblilər diplom və hədiyyələrlə təltif olunublar.