Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətinin inzibati binasında xüsusi qayğıya ehtiyacı olan ailələrin müəyyən edilərək onların sosial müdafiə tədbirlərinə cəlb edilməsi, o cümlədən vətəndaşların özünəməşğulluq proqramının icrası çərçivəsində fərdi təsərrüfatlarının yaradılmasına, eyni zamanda aztəminatlı ailələrin müəyyən edilərək ünvanlı dövlət sosial yardımın təyinatına dəstək göstərilməsi məqsədilə maarifləndirici tədbir keçirilib.