Məhərrəm ayının 10-cu günü – Aşura günü münasibətilə Culfa rayonunda humanist ənənələrə uyğun olaraq qanvermə aksiyası təşkil olunub. Aksiya Culfa şəhər Mərkəzi Xəstəxanasında və Bənəniyar kənd həkim ambulatoriyasında keçirilib

Aksiyanın keçirilməsində əsas məqsəd ehtiyacı olan xəstələrin həyatı üçün vacib olan qan ehtiyatını təmin etməkdir. Tədbirdə tibb işçiləri tərəfindən əvvəlcədən müayinələr aparılıb, donorların sağlamlıq vəziyyəti yoxlanılıb və qanvermə prosesi mütəşəkkil şəkildə həyata keçirilib. Qanvermə aksiyasında rayon sakinləri və dövlət qurumlarının əməkdaşları fəal iştirak ediblər. 

Qeyd edək ki, belə aksiyalar ölkəmizdə hər il Aşura günü münasibətilə həyata keçirilir və bu, həm də cəmiyyətin sosial həmrəyliyinin və humanist dəyərlərə sadiqliyinin göstəricisidir.