Mədəniyyət işçilərinin peşə bayramı və "Dünya İncəsənət Günü"nə həsr olunmuş tədbir keçirilib

Culfa Rayon Mədəniyyət Sarayında Mədəniyyət işçilərinin peşə bayramı və "Dünya İncəsənət Günü" münasibətilə təşkil olunan tədbirdə ilk öncə rayon mədəniyyət şöbəsi əməkdaşlarının hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib.  

Tədbirdə çıxış edən Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Fizuli Hüseynli qeyd edib ki, “Dünya İncəsənət Günü” 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub. Burada məqsəd incəsənəti inkişaf və təbliğ etməkdən ibarətdir.  

Daha sonra Culfa Rayon Mədəniyyət Şöbəsinin fəaliyyətlərində fərqlənən əməkdaşlarına Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Culfa Rayon Mədəniyyət Şöbəsi tərəfindən Fəxri fərmanlar təqdim olunub.

Tədbirin bədii hissəsində Jan Koktonun "İnsan səsi" monopyesi əsasında hazırlanmış tamaşa bədii rəhbər Nurlan Qafarzadə tərəfindən nümayiş olunub.