
8 Noyabr – Zəfər Günü münasibətilə Ləkətağ kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə tədbir təşkil olunub. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra çıxış edənlər Zəfərə aparan tarixi yoldan, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıblar.