"Konustitusiya və Suverenlik il"nə həsr olunmuş tədbir keçirilib

Bənəniyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə Bənəniyar kəndində “Ümummilli Lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Çıxış edənlər 1995-ci il noyabrın 12-də xalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, hüquqi dövlət quruculuğu və insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm əhəmiyyət daşıdığını bildiriblər.