"Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib

Göydərə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ümumilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər,1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində və dövlətçiliyinin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən bəhs ediblər.