Konstitusiya və Suverenlik İli" çərçivəsində Culfa rayonunun Ərəfsə kəndində İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 15 iyun Milli Qurtuluş Gününün ölkəmizin və xalqımızın həyatındakı əhəmiyyətindən, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixdən bəhs ediblər.