
Kırna kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə səsləndirilən çıxışlarda 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi yüksək peşəkarlıq və qəhrəmanlıqdan, xalqımızın Qələbəyə gedən yolda göstərdiyi sarsılmaz birlikdən bəhs edilib.