Kəndlərimizdə içməli su təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər ardıcıl olaraq davam etdirilir

Culfa Rayon Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsi tərəfindən rayonun Əlincə kəndində 219 mm diametrli 20 metr uzunluğunda köhnə su xətti yenisi ilə əvəz olunmuşdur. Eyni zamanda, içməli su kaptaj xəttində yaranmış nasazlıqlar aradan qaldırılmış, zəruri təmir-bərpa işləri görülmüşdür. Həyata keçirilən tədbirlər kənd sakinlərinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına, eləcə də su təchizatı xidmətinin etibarlılığının artırılmasına töhvə verəcəkdir.